Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib

Posted by

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilibBəzi dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib

Bu gün Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

 

MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, əvvəlcə komissiyanın 31 oktyabr 2014-cü il tarixində keçirilmiş iclasının protokolu təsdiq edilib.

 

Sonra 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanma qaydası və sayı müzakirə olunub. MSK seçki keçirilən bələdiyyələrin sayına müvafiq olaraq dairə seçki komissiyaları və səsvermə təşkil edilən seçki məntəqələrinin sayına uyğun olaraq məntəqə seçki komissiyaları üçün səsvermənin yekunlarına dair protokolların hazırlanmasına qərar verib. Eyni zamanda qərara alınıb ki, protokollar seriyaları göstərilməklə seçki dairələri üzrə bir-bir ardıcıl nömrələnməli, 3 nüsxədən ibarət və hər bir nüsxəsi müxtəlif rəngdə karbonlaşdırılmış kağızdan buklet formasında olmaqla Azərbaycan Milli Məclisi Aparatının mətbəəsində mətbəə üsulu ilə hazırlanmalıdır.

 

Mərkəzi Seçki Komissiyasının iclasında bu il keçiriləcək bələdiyyə seçkilərində Milli Dirçəliş Hərəkatı Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə də baxılıb və həmin partiya tərəfindən təqdim olunmuş şəxslər səlahiyyətli nümayəndələr kimi qeydə alınıb.

 

Komissiyanın qərarı ilə bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.

 

İclasda cari məsələlərə də baxılıb.

 

Trend.az