Böyük Britaniyanın nümayəndə heyəti Azərbaycana səfərə gəlir

Posted by

Böyük Britaniyanın nümayəndə heyəti Azərbaycana səfərə gəlirBöyük Britaniyanın nümayəndə heyəti Azərbaycana səfərə gəlir

Böyük Britaniyanın nümayəndə heyəti Azərbaycana səfərə gəlir

Böyük Britaniya şirkətlərinin əməkdaşlarından ibarət nümayəndə heyəti 30 sentyabr – 2 oktyabr tarixində Azərbaycanda səfərdə olacaq. Bu barədə Trend Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin sosial şəbəkədəki səhifəsində yerləşdirilmiş məlumata istinadən xəbər verir.

Nümayəndə heyətinə təhsil, telekommunikasiya və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri daxildir.

Səfər zamanı Britaniya şirkətlərinin nümayəndələri Azərbaycan iqtisadiyyatının inkişafına kömək etmək məqsədilə təcrübə və biliklərin paylaşmasını müzakirə edəcəklər.

Nümayəndə heyəti təhsil və telekommunikasiya sektorunda fəaliyyət göstərən şirkətlərin nümayəndələri ilə görüşərək biznes potensialını nəzərdən keçirməkdə maraqlıdır.

Nümayəndə heyətinə başçılıq edəcək Böyük Britaniyanın Ticarət və İnvestisiya Departamentinin beynəlxalq ticarət müşaviri Mark Hiqins (Mark Higgins) Azərbaycana səfərlə əlaqədar bildirib: “Azərbaycan və Birləşmiş Krallıq arasında uzunmüddətli biznes və iqtisadi əməkdaşlıq mövcuddur. Birləşmiş Krallıq Azərbaycanda fəaliyyət göstərən 300-dən çox şirkəti ilə ölkəyə sərmayə yatıran ən böyük xarici investordur”.

 

Onun sözlərinə görə, bu səfər zamanı Britaniya şirkətlərinin nümayəndələri azərbaycanlı həmkarları ilə görüşərək potensial müştəriləri və tərəfdaşları müəyyənləşdirmək və hər iki tərəf üçün sərfəli olan imkanları nəzərdən keçirmək istəyirlər: “Bu səfər, həmçinin bu bazarda biznes mədəniyyəti haqqında daha çox məlumat toplamaq üçün bir imkandır. Britaniya şirkətlərinin geniş təcrübəsi və innovasiyaları Azərbaycan hökumətinin infrastrukturun daha da təkmilləşdirilməsi istəyinə yardımçı ola bilər”.

Qeyd edək ki, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı və İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi ilə Bakıda oktyabrın 2-də Azərbaycan-Böyük Britaniya biznes forumu keçiriləcək.

 

Trend.az