Böyük Britaniyanın Azərbaycandakı səfiri Bakı Dövlət Universitetində

Posted by

Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq Bakı Dövlət Universitetində (BDU) olub.

Bakı Dövlət Universitetinin mətbuat və informasiya şöbəsindən AzərTAc-a bildiriblər ki, görüşdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov rəhbərlik etdiyi təhsil müəssisəsi barədə məlumat verib.

Rektor eyni zamanda, Azərbaycan ilə Böyük Britaniya arasındakı elm, təhsil əlaqələrinin əhəmiyyətindən danışıb.

Sonra elm, təhsil sahəsində əməkdaşlığın inkişafı üzrə müzakirələr aparılıb.

AzərTac.az