Böyük Britaniya azərbaycanlı qaçqınların öz torpaqlarına qayıtmaq haqqını dəstəkləyir

Posted by

Böyük Britaniya azərbaycanlı qaçqınların öz torpaqlarına qayıtmaq haqqını dəstəkləyirBöyük Britaniya azərbaycanlı qaçqınların öz torpaqlarına qayıtmaq haqqını dəstəkləyir

Böyük Britaniya azərbaycanlı qaçqınların öz torpaqlarına qayıtmaq haqqını dəstəkləyir

Azərbaycan bütün dünyada əhalinin hər nəfərinə görə qaçqın və daxili köçkünlərin ən iri qruplarından birinin olduğu ölkədir və onların öz ərazilərinə qayıtması hüquqlarına istənilən nizamlanma çərçivəsində riayət olunmalıdır. Trend Böyük Britaniya XİN-in saytına istinadən xəbər verir ki, bu barədə nazirliyin “Cənubi Qafqazda qaçqınlar və daxili köçkünlər: sayların oyunu” məruzəsində qeyd olunur.

 

Məruzədə 1991-ci ildə Sovet İttifaqının süqutundan sonra Azərbaycan və Gürcüstanda əhalinin köçürülməsi məsələləri də təhlil olunub. Burada bu insanların payına düşən böyük məhrumiyyətlərdən danışılır.

 

Məruzədə etiraf edilir ki, həmin şəxslər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qurbanlarıdır: “Qaçqınların və daxili köçkünlərin öz evlərinə qayıtmaları çox vacibdir və prinsip etibarilə, bu, beynəlxalq birlik tərəfindən istənilən uzunmüddətli nizamlanmanın zəruri elementi kimi dəstəklənir”.

 

Trend.az