Bu il valideyn himayəsindən məhrum olmuş 228 uşaq bioloji ailələrinin və yaxın qohumlarının himayəsinə qaytarılıb

Posted by

Bu il valideyn himayəsindən məhrum olmuş 228 uşaq bioloji ailələrinin və yaxın qohumlarının himayəsinə qaytarılıb

Bu il valideyn himayəsindən məhrum olmuş 228 uşaq bioloji ailələrinin və yaxın qohumlarının himayəsinə qaytarılıbBu il valideyn himayəsindən məhrum olmuş 228 uşaq bioloji ailələrinin və yaxın qohumlarının himayəsinə qaytarılıb

Bu il valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəbləri və uşaq evlərində yaşayan 228 nəfər uşaq rayon və şəhər icra hakimiyyətlərinin sərəncamı ilə həmin müəssisələrdən bioloji ailələrinin və yaxın qohumlarının himayəsinə qaytarılıb.
Trend Təhsil Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı”nın icrası nəticəsində ölkə üzrə ümumilikdə 589 nəfər uşağın dövlət uşaq müəssisələrinə düşməsinin qarşısı alınıb. Son üç il ərzində Təhsil Nazirliyinin övladlığa götürülən uşaqların mərkəzləşdirilmiş siyahısında olan 36 nəfər uşaq övladlığa verilib.
Eyni zamanda, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalarla birlikdə övladlığa, himayəyə və öz bioloji ailələrinə verilmiş uşaqlara nəzarətin təşkili və onların vəziyyətinin dövri monitorinqinin aparılması həyata keçirilir.
Ailələrinə qaytarılan uşaqların vəziyyətinin dövri monitorinqinin aparılması mövcud qanunvericiliyə əsasən rayon icra hakimiyyətlərinin yanında fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların səlahiyyətlərinə daxildir. Bu səbəbdən də ailələrinə qaytarılmış uşaqların vəziyyətinin monitorinq edilməsi və Təhsil Nazirliyinə mütəmadi məlumatın verilməsi ilə bağlı uşağın ailəyə qaytarılmasına sərəncam verən rayon (şəhər) icra hakimiyyəti başçısına məktub ünvanlanır. Hər bir ailəyə qaytarılan uşaq üçün iş açılır (“case”) və bununla bağlı görülən işləri təsdiqedici sənədlər, arayışlar, qərar və sərəncamlar işə tikilir.