Britaniyalı parlamentarlar Xocalı soyqırımının ildönümü ilə bağlı Azərbaycanın Londondakı səfirliyinə məktub göndəriblər

Posted by

Xocalı soyqırımının 22-ci ildönümü ərəfəsində Böyük Britaniya parlamentinin bir qrup üzvü Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə məktub ünvanlayıb.

Səfirlikdən APA-ya verilən məlumata görə, Böyük Britaniya-Azərbaycan Parlament Qrupunun üzvü olan parlamentin Nümayəndələr Palatasının üzvləri Bob Blekmen, Stiven Hepbörn və Lordlar Palatasının üzvləri Lord Kilkluni, Lord Flayt tərəfindən ünvanlanmış məktublarda deyilir:

“Bu il Xocalı faciəsinin 22-ci ildönümü tamam olur. Biz Ermənistan silahlı qüvvələrinin Xocalını işğalı zamanı qətlə yetirilmiş 613 günahsız mülki şəxsin xatirəsini böyük kədər hissi ilə yad edirik. Azərbaycan xalqının Xocalı faciəsinin ildönümünü qeyd etdiyi bu günlərdə biz faciə zamanı qətlə yetirilmiş günahsız insanları xatırlayırıq. Biz dəfələrlə Azərbaycanda olmuşuq və öz doğma yurdlarından qovulmuş məcburi köçkünlərin ağır, məşəqqətli həyatını öz gözlərimizlə görmüşük. ATƏT-in Minsk Qrupu tərəfindən aparılan sülh danışıqlarında ciddi irəliləyişin olmaması bizi narahat edir. Biz Azərbaycan torpaqlarının işğalına son qoyulması ilə bağlı sizin çağırışlarınıza qoşulur və münaqişənin ədalətli və sülh yolu ilə həllini istəyirik. Bu kədərli gündə sizinlə bir yerdəyik. Biz münaqişənin tezliklə sülh yolu ilə həllinə və öz yurd-yuvalarından qovulmuş məcburi köçkünlərin öz evlərinə geri qayıdacaqlarına ümid edirik”.

Apa.az