Britaniya Dağlıq Qarabağ münaqişəsi tərəflərini gərginliyə səbəb olacaq addım atmamağa səsləyir

Posted by

Britaniya Dağlıq Qarabağ münaqişəsi tərəflərini gərginliyə səbəb olacaq addım atmamağa səsləyirBritaniya Dağlıq Qarabağ münaqişəsi tərəflərini gərginliyə səbəb olacaq addım atmamağa səsləyir

Britaniya Dağlıq Qarabağ münaqişəsi tərəflərini gərginliyə səbəb olacaq addım atmamağa səsləyir

Böyük Britaniya Dağlıq Qarabağ münaqişəsi tərəflərini Ermənistan-Azərbaycan təmas xətti boyunca gərginliyin artmasına səbəb olacaq addımlardan çəkinməyə çağırır. Trend xəbər verir ki, bu barədə Böyük Britaniyanın Ermənistandakı səfirliyinin sosial şəbəkədə paylaşdığı məlumatda deyilir.

 

Məlumatda bildirilir: “Birləşmiş Krallıq təmas xətti yaxınlığnda helikopterin vurulması ilə bağlı narahatlığını ifadə edərək, ATƏT-in Minsk qrupunun həmsədrlərinin verdiyi bəyanatı dəstəkləyir. Böyük Britaniya tərəfləri Ermənistan-Azərbaycan təmas xətti boyunca gərginliyin artmasına səbəb olacaq addımlardan çəkinməyə çağırır”.

 

Qeyd olunur ki, Britaniya hökuməti hər iki tərəfi atəşkəs rejiminə əməl etməyə və sülh istiqamətində işləməyə çağırır.

 

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan SQ-yə məxsus Mi-24 tipli helikopter döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.

 

Düşmən helikopterinin qalıqları müdafiənin ön xəttindən 500 metr qarşıdakı əraziyə düşüb.

 

Trend.az