BMT yanında Daimi nümayəndəlik: Azərbaycan ekstremizm, radikalizm və separatizmi bütün formalarda pisləyir

Posted by

Azərbaycan ekstremizm, radikalizm və separatizmi bütün formalarda pisləyir. Trend-in BMT-nin Mətbuat Mərkəzinə istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın BMT yanında daimi nümayəndəsinin müavini Tofiq Musayev təşkilatın Baş Assambleyasında Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qətnamənin qəbul edilməsi zamanı çıxış edərkən bildirib.

T.Musayev deyib ki, Azərbaycan bu qətnamənin qəbul edilməsinin lehinə səs verib. O, Azərbaycanın ərazi bütövlüyü, suverenliyin fundamental prinsiplərinə və beynəlxalq səviyyədə tanınan sərhədlərin toxunulmazlığına sadiq qaldığını və bunun beynəlxalq münasibətlərin əsasını təşkil etdiyini bildirib.

Qeyd edək ki, BMT-nin Baş Assambleyası Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul edib.

Qətnamə dünya ölkələrini Krımın Rusiyaya birləşdirilməsini tanımamağa çağırır.

BMT-nin 100 üzv ölkəsi Krımdakı referenduma qarşı olan qətnamənin lehinə səs verib. 11 ölkə əleyhinə səs verib, 58 ölkə isə bitərəf qalıb.

Trend.az