BMT və ABŞ rəsmiləri Azərbaycanda qadın zorakılığı ilə bağlı vəziyyəti qiymətləndiriblər

Posted by

BMT və ABŞ rəsmiləri Azərbaycanda qadın zorakılığı ilə bağlı vəziyyəti qiymətləndiriblərBMT və ABŞ rəsmiləri Azərbaycanda qadın zorakılığı ilə bağlı vəziyyəti qiymətləndiriblər

BMT və ABŞ rəsmiləri Azərbaycanda qadın zorakılığı ilə bağlı vəziyyəti qiymətləndiriblər

“BMT qadınlara qarşı zorakılıqla mübarizədə Azərbaycan hökumətinə yardım etməyə hazırdır”. Trend-in məlumatına görə, bunu “Qadınlara səlahiyyət, cəmiyyətə tərəqqi” adlı konfransda çıxışı zamanı BMT-nin Azərbaycan ürzə rezident əlaqələndiricisi Antonius Broek deyib.

 

Onun sözlərinə görə, qadına qarşı zorakılığın nə siyasi, nə təhsil, nə dini, nə milli cəhətləri və əlamətləri var.

 

A.Broek bildirib ki, qadınlar gender bərabərliyi və digər zorakılıqlara məruz qalırlar: “Bütün dünyada qadınları qorumaq və zorakılıq hallarını aradan qaldırmaq olduqca vacibdir. Məişət zorakılığı nəticəsində hər həftə bir qadın dünyasını dəyişir. Qadınları müdafiə etmək üçün Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək bunun qarşısını almağa çalışır. Zorakılığın aradan qaldırılması əsas məqsədlərdəndir. Bu prosesə cəmiyyətin bütün üzvləri cəlb olunmalıdır. Müvafiq cavab tədbirləri görülməsi üçün hər kəs səfərbər olmalıdır”.

 

ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan isə çıxışında deyib ki, dünyada hər üç qadından biri döyülməyə, pis rəftara və cinsi zorakılığa məruz qalır. Onun sözlərinə görə, zorakılığa məruz qalan qadınlar fundamental hüquqlarından istifadə edə bilmirlər: “Maddi durumu, dini irqindən və təhsil səviyyəsindən asılı olmayaraq hər qadın zorakılığa məruz qalır. Çox şadıq ki, bu sahədə Azərbaycanda qanunvericilik bazası işlənilib. ABŞ hökuməti Azərbaycanın bölgələrində məişət zorakılığı hallarının aradan qaldırılması ilə əlaqədar müvafiq tövsiyələr verib. Azərbaycan hökumətinin də bu istiqamətdə gördüyü işlər təqdirəlayiqdir”.

 

Trend.az