BMT Təhlükəsizlik Şurası terrorçuluğun maliyyələşdirilməsini aradan qaldırmağa çağırıb

Posted by

BMT Təhlükəsizlik Şurası terrorçuluğun maliyyələşdirilməsini aradan qaldırmağa çağırıbBMT Təhlükəsizlik Şurası terrorçuluğun maliyyələşdirilməsini aradan qaldırmağa çağırıb

BMT Təhlükəsizlik Şurası terrorçuluğun maliyyələşdirilməsini aradan qaldırmağa çağırıb

Dünyada terror transmilli cinayətkar fəaliyyətdən əldə edilən gəlirlər, o cümlədən narkotik alveri və təbii sərvətlərin qanunsuz istismarı sayəsində inkişaf edir.

 

APA-nın “RBK”-ya istinadən məlumatına görə, bu barədə BMT Baş katibinin siyasi məsələlər üzrə müavini Ceffri Feltman bildirib.

 

Onun sözlərinə görə, “Boko Haram”, “Əl-Qaidə”, “Taliban” və “İŞİD” kimi qruplaşmaların fəaliyyəti terrorizmlə transmilli cinayətkarlıq arasında açıq-aşkar əlaqənin olduğunu göstərir.

 

Dekabrın 19-da BMT Təhlükəsizlik Şurasının üzvləri sərhədlər boyunca terrorçuların hərəkətlərinin qarşısının alınması və terror aktlarının maliyyələşdirilməsinin aradan qaldırılması ilə bağlı qətnamə qəbul ediblər.

 

 

Apa.az