BMT rəsmisi Dağlıq Qarabağ münaqişəsi üzrə sülh danışıqlarının bərpa olunmasına çağırıb

Posted by

BMT Azərbaycan və Ermənistanı Dağlıq Qarabağ münaqişəsi üzrə sülh danışıqlarının bərpa olunmasına çağırıb.

AZƏRTAC “TASS” agentliyinə istinadla xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Haq çıxış edib.

O bildirib ki, BMT katibliyi tərəfləri atəşkəsi poza biləcək hərəkətlərdən çəkinməyə səsləyir və qurum ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı çağırışı dəstəkləyir.

“Gərginliyin azaldılması üçün bütün səyləri alqışlayırıq və tərəfləri Dağlıq Qarabağ münaqişəsinin həllində konkret danışıqları bərpa etmək üçün lazımi siyasi iradə göstərməyə çağırırıq”, – deyə Fərhan Haq qeyd edib.

AZƏRTAC