BMT-nın sabiq baş katibi Butros Butros Gali yenidən Azərbaycana gəlmək istədiyini bildirib

Posted by

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı ilə aprel ayında Bakıda keçirilməsi nəzərdə tutulmuş II Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıq prosesi çərçivəsində UNESCO-da BMT-nın sabiq baş katibi Butros Butros Gali ilə geniş fikir mübadiləsi aparılıb.

Mərkəzdən APA-ya verilən xəbərə görə, B.Gali bildirib ki, Azərbaycanın dəstəklədiyi bu təşəbbüsün müxtəlif dinlər, mədəniyyətlərə məxsus olan xalqların konstruktiv dialoq altında toplanmasına böyük dəstək ola bilər.

Onun sözlərinə görə, xüsusilə aprel ayında Bakıda keçirilməsi planlaşdırılan foruma bu qədər liderin toplanması hazırda hamını narahat edən problemlərin müzakirə olunması üçün çox önəmli platformadır. B.Gali Azərbaycana 1994-cü ildə etdiyi səfərini xatırlayaraq, məmnuniyyətlə Azərbaycanın inkişafı ilə bağlı eşitdiklərini və Nizami Gəncəvinin irsinin bərpası üçün görülmüş təşəbbüsləri görməkdən məmnun olacağını bildirib.

Apa.az