BMT Komitəsi Azərbaycanda əlillərin hüquqlarına dair vəziyyəti yoxlayır

Posted by

Aprelin 1-2-də BMT-nin Əlillərin Hüquqları üzrə Komitəsi (CRPD) Azərbaycandakı vəziyyəti müzakirə edəcək.

Trend-in BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı Ofisinə istinadən verdiyi məlumata görə, Azərbaycan Əlillərin Hüquqları haqqında Konvensiyaya qoşulan 143 iştirakçı ölkədən biri olduğuna görə 18 beynəlxalq müstəqil ekspertdən ibarət olan Komitəyə müntəzəm hesabatlar təqdim etməsi tələb olunur.

BMT-nin Əlillərin Hüquqları üzrə Komitəsi Azərbaycanın nümayəndə heyəti ilə dialoqlar aparacaq, eləcə də əlil şəxslərin birliklərini, QHT və onların təmsil olunduğu digər təşkilatların fikirlərini dinləyəcəkdir.

Tikinti, nəqliyyat və rabitə imkanlarından istifadə; hüquqi bacarıqlar; müstəqil yaşama tərzinin dəstəklənməsi ilə məcburi təşkilatlanmanın qadağan edilməsi; sağlamlıq imkanları məhdud olan uşaqlar üçün inklüziv təhsil; əlilliyin əmək bazarında əsas ayrı-seçkilik olması hallarının qarşısının alınması məsələləri müzakirəsi güman edilən mövzulardır.

Trend.az