BMT baş katibi: “Münaqişələrin qarşısını almaq üçün diplomatik səylər artırılmalıdır”

Posted by

“BMT-də islahatlar aparmaqda israrlıyam, habelə sülh danışıqlarında maneələrin aradan qaldırılması üçün daha çox diplomatik səyləri görmək istəyirəm”.

APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, bunu BMT baş katibi Antonio Qutyerres deyib.

O, “əvəzolunmaz” qurumun nöqsan və çatışmazlıqlarından xəbərdar olduğunu bildirib: “İstəyirəm ki, ilk növbədə sülh naminə diplomatik səyləri artıraq, münaqişələrin kəskin artmasının qarşısını almaq üçün BMT-ni daha effektiv edək. BMT-də islahatların aparılmasına ehtiyac var ki, təşkilatın bütün potensialı üzə çıxsın“.

Baş katibin sözlərinə görə, BMT-də idarəetmə mexanizmi asanlaşdırılsa, qurum daha effektiv, məsuliyyətli və çevik olacaq.

Apa.az