Əbülfəs Qarayev: Azərbaycana səfər edən turistlərin sayı yaxın illərdə 40 faizə qədər artacaq

Posted by

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ölkəyə səfər edən turistlərin sayını yaxın 3-5 il ərzində 30-40 faiz artırmağı planlaşdırır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə mədəniyyət və turizm Əbülfəs Qarayev bildirib.

Nazir deyib: “Azərbaycan 2020: Gələcəyə baxış” inkişaf konsepsiyasında ölkədə turizmin inkişafı ilə bağlı vəzifə və hədəflər əks olunub. Ümid edirik ki, 2020-ci ilədək Azərbaycana hər il beş milyon turist gələcək. Bu, turizm sənayesinin mükəmməl şəkildə fəaliyyət göstərməsinə imkan verəcək”.

Onun sözlərinə görə, nazirlik bundan sonra da təbliğat xarakterli müxtəlif tədbirlər keçirmək niyyətindədir: “Bundan başqa, Azərbaycan getdikcə daha çox iri beynəlxalq mədəni, iqtisadi, idman tədbirlərinin keçirildiyi yerə çevrilir ki, bu da ölkəyə gələn turistlərin sayına müsbət təsir edir”.

Trend.az