Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi müddəti başa çatıb

Posted by

Bələdiyyə üzvlüyünə namizədlərin qeydə alınması üçün imza vərəqələri və digər seçki sənədlərinin dairə seçki komissiyalarına təqdim olunması müddəti qanunvericilikdə nəzərdə tutulduğu kimi bu gün saat 18:00-da başa çatıb.

Bu barədə Trend Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsinə istinadən məlumat verib.

Qeyd edək ki, Seçki Məcəlləsinin tələbinə əsasən, dairə seçki komissiyaları imza vərəqələrini və namizədin qeydə alınması üçün lazım olan digər seçki sənədlərini qəbul etdikdən sonra 7 gün müddətində namizədin qeydə alınıb-alınmaması barədə əsaslandırılmış qərar qəbul edir.

Bələdiyyə üzvlüyünə namizədlərin qeydə alınması davam etməkdədir və bu proses noyabrın 29-da yekunlaşır.

Trend.az