Bələdiyyə seçkiləri ilə bağlı növbəti maarifləndirmə tədbiri Qubada keçirilib

Posted by

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı və Mərkəzi Seçki Komissiyası (MSK) bələdiyyə seçkiləri ilə bağlı növbəti maarifləndirmə tədbirini Qubada keçirib.

AzərTAc xəbər verir ki, tədbirdə “Azərbaycan Respublikasında seçki hüququnun təmini sahəsində həyata keçirilən hüquqi islahatlar və ölkə vətəndaşlarının bələdiyyə seçkiləri ilə bağlı hüquq və vəzifələri”, eləcə də “Azərbaycan Respublikasının seçki qanunvericiliyində bələdiyyə seçkiləri ilə bağlı qayda və təlimatlar” mövzuları ətrafında məruzələr dinlənilib.

MSK-nın, Quba Rayon İcra Hakimiyyətinin, müvafiq dairə və məntəqə seçki komissiyalarının, bələdiyyələrin və rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdikləri maarifləndirmə tədbirində Seçki Məcəlləsinin müddəaları, ölkəmizin seçki sistemi, səsvermənin qaydaları, müşahidəçilərin hüquq və vəzifələri və digər məsələlər haqqında ətraflı məlumat verib.

AzərTac.az