Birinci xanım Mehriban Əliyeva Macarıstanın xarici işlər və ticarət naziri ilə görüşüb

Posted by

Birinci xanım Mehriban Əliyeva Macarıstanın xarici işlər və ticarət naziri ilə görüşübBirinci xanım Mehriban Əliyeva Macarıstanın xarici işlər və ticarət naziri ilə görüşüb

Birinci xanım Mehriban Əliyeva Macarıstanın xarici işlər və ticarət naziri ilə görüşüb

Noyabrın 3-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Macarıstanın ölkəmizdə səfərdə olan xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.

 

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ölkələrimiz arasında əlaqələrin ildən-ilə inkişaf etdiyini bildirdi, Azərbaycan-Macarıstan əməkdaşlığının bir çox sahələri əhatə etdiyini vurğuladı. Mehriban Əliyeva iqtisadi, humanitar sahələrdə əlaqələrin inkişafını xüsusi vurğuladı. Macarıstanın Azərbaycandakı səfirliyinin fəaliyyətindən danışan birinci xanım səfirliklə Heydər Əliyev Fondu arasında yaxşı əlaqələrin olduğunu söylədi.

 

Diqqətə çatdırıldı ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Budapeşt şəhərində Əlil Uşaqlar üçün Reabilitasiya Mərkəzinin yeni korpusu tikilir. “Azərbaycan-Macarıstan mətbəxi” kitabının çap olunduğunu deyən birinci xanım gələcəkdə də belə layihələrin sayının artırılmasının vacibliyini diqqətə çatdırdı və Heydər Əliyev Fondunun əməkdaşlığa hər zaman hazır olduğunu vurğuladı.

 

Azərbaycana beşinci dəfədir ki, səfər etdiyini deyən Peter Siyarto ölkəmizin iqtisadiyyatının dinamik inkişafını yüksək qiymətləndirdi. Nazir hər səfərində Azərbaycanda böyük dəyişikliklərin şahidi olduğunu qeyd etdi, Heydər Əliyev Fondunun ölkədə və xaricdə həyata keçirdiyi layihələrin yüksək qiymətləndirildiyini bildirdi.

 

Trend.az