Biomterik pasportları artıq “ASAN xidmət” mərkəzlərində də almaq mümkündür

Posted by

Biomterik pasportları artıq "ASAN xidmət" mərkəzlərində də almaq mümkündür

Biomterik pasportları artıq “ASAN xidmət” mərkəzlərində də almaq mümkündürBiomterik pasportları artıq "ASAN xidmət" mərkəzlərində də almaq mümkündür

Vətəndaşlar biometrik pasportları DİN-in müvafiq mənqətələri ilə yanaşı artıq “ASAN xidmət” mərkəzlərindən də əldə edə biləcəklər.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov keçirdiyi mətbuat konfransında bildirib.

Agentliyin sədri qeyd edib ki, bu ilin sentyabrın 1-dən etibarən respublikada biometrik ümumvətəndaş pasportların verilməsinə başlanılıb. Bu iş Daxili İşlər Nazirliyi (DİN) tərəfindən həyata keçirilir. Lakin ümumvətəndaş pasportların verilməsi DİN-in müvafiq məntəqələri ilə yanaşı artıq “ASAN xidmət” mərkəzlərində də həyata keçirilir: “Ona görə də DİN həmçinin “ASAN xidmət” mərkəzlərində biometrik pasportların verilməsini həyata keçirir. Hazırda fəaliyyət göstərən “ASAN xidmət” mərkəzləri biometrik pasportların verilməsi üçün lazımi avadanlıqlarla təchiz edilib. Artıq vətəndaşlar biometrik pasportları “ASAN xidmət” mərkəzlərində də əldə edə bilərlər.

Qeyd edək ki, Bakının Yasamal rayonunda yeni açılan və sentyabrın 25-dən vətəndaşların ixtiyarına veriləcək 3 saylı “ASAN xidmət” mərkəzində “Biometrik məlumatların toplanması sistemi” də yaradılıb. Sistem biometrik şəkillərin çəkilməsi, barmaq izlərinin götürülməsi, elektron imza və digər xüsusiyyətlərə malikdir.