Beynəlxalq konfransın iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Posted by

Beynəlxalq konfransın iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblərBeynəlxalq konfransın iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Beynəlxalq konfransın iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Bakıda keçirilən Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının investisiyalar və enerji tənzimlənməsi üzrə 13-cü illik konfransının iştirakçıları oktyabrın 27-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn konfrans iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü naminə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Qonaqlar Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr ediblər.

 

AzərTac.az