Benyamin Netanyahunun Azərbaycana səfəri başlayıb

Posted by

Benyamin Netanyahunun Azərbaycana səfəri başlayıb

Benyamin Netanyahunun Azərbaycana səfəri başlayıb

Benyamin Netanyahunun Azərbaycana səfəri başlayıb

İsrail baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri başlayıb.

 

APA-nın məlumatına görə, onu həyat yoldaşı Sara Netanyahu müşayiət edir.

 

Səfəri zamanı B. Netanyahu Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək. Görüşdə regional, habelə iqtisadi, təhlükəsizlik və diplomatik məsələlər müzakirə ediləcək.

 

Sonra iki ölkə arasında standartlaşdırma, ikiqat vergi və kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair razılaşma imzalanacaq. İsrail tərəfindən sənədə ətraf mühitin mühafizəsi, Yerusəlim məsələləri və irs naziri Zeyev Yelkin imza atacaq.

 

İsrail baş naziri Şəhidlər Xiyabanını ziyarət edəcək və memorial kompleksə əklil qoyacaq.

 

B. Netanyahu təhsil naziri Mikayıl Cabbarovla birlikdə yəhudi icması üzvlərinın təhsil aldığı “Or avner” təhsil kompleksində olacaq, yerli yəhudi icmasının nümayəndələri ilə görüşəcək.

 

Səfər bir gün davam edəcək. B. Netanyahu Bakıdan Qazaxıstana yola düşəcək.

 

Apa.az