Bakının şimaldan girişində yeni yolötürücülərin inşasına başlanılıb

Posted by

Bakının şimaldan girişində yeni yolötürücülərin inşasına başlanılıb Bakının şimaldan girişində yeni yolötürücülərin inşasına başlanılıb

Bakının şimaldan girişində yeni yolötürücülərin inşasına başlanılıb

Bakı-Quba Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-9 km hissəsində yaranan tıxacların aradan qaldırılması məqsədilə həyata keçirilən kompleks tədbirlər çərçivəsində 9-cu km-də yerləşən mövcud yolötürücüləri sökülərək yerində müasir tipli yolötürücülərin inşasına başlanılıb. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-dən məlumat verilib.

 

Məlumata görə, sovet döründə inşa olunan yolötürücülərdən fərqli olaraq yeni tikilən müasir yolötürücüləri 4 aşırımdan ibarət olacaq ki, bununla da sonuncu aşırımın alt hissəsindən əks tərəfə keçid məqsədilə yeni hissə salınacaq. Uzunluğu 110 m nəzərdə tutulan yolötürücülərin birinin eni 13,5m, digərinin isə 15,5m olacaq.

Şəhərə giriş hissədə yerləşən yolötürücüsünün 1 dayağı artıq hazırdır, 2-ci və 3-cü dayaqların isə təməli betonlanıb. Hazırda dirəklər montaj olunur.

 

Şəhərdən çıxış üçün nəzərdə tutulan yolötürücüsündə dayağın armaturu yığılır. İşlərin 2015-ci ildə başa çatdırılması nəzərdə tutulur.

 

Trend.az