Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Posted by

Gürcüstan prezidentinin Azərbaycana rəsmi səfəri ilə əlaqədar paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin Azərbaycana başlayan rəsmi səfəri ilə əlaqədar Yusif Səfərov küçəsi, Üzeyir Hacıbəyov küçəsi, Azadlıq prospekti, Zərifə Əliyeva, Rəsul Rza küçəsi, Neftçilər prospekti, “Azneft” dairəsi, Niyazi, Teymur Elçin, Mehdi Hüseyn küçələri, Parlament prospekti, Fəxri Xiyaban, İnşaatçılar və Hüseyn Cavid prospektləri, Bakıxanov küçəsi, Tbilisi prospekti, Vaqif və Koroğlu Rəhimov küçələri və digər istiqamətlər üzrə avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyətlər qoyulacaq və istiqamət dəyişdiriləcək.

İdarədən sürücülərə tövsiyə edilib ki, göstərilən istiqamətlərdə şəxsi avtomobillərindən az istifadə etsinlər.

Apa.az