Bakıda yeni yeraltı piyada keçidi inşa olunacaq

Posted by

Bakıda yeni yeraltı piyada keçidi inşa olunacaq

 

Bakıda yeni yeraltı piyada keçidi inşa olunacaq

Bakıda yeni yeraltı piyada keçidi inşa olunacaq

 

Bakının Fətəli xan Xoyski prospektində Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının qarşısında yeni yeraltı piyada keçidinin tikintisinə başlanılır. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

P.Mürsəliyev qeyd edib ki, hazırda ərazi hasarlanıb. Onun sözlərinə görə, bu günlərdə ərazidə qazıntı və kommunikasiya xətlərinin köçürülməsi işlərinə başlanılacaq.

Piyada keçidi iki giriş-çıxışdan ibarət olacaq. Keçidin uzunluğu 120, eni 6, hündürlüyü isə 3 metr olacaq.

 

Trend.az