Bakıda TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiya və Komitələrinin iclası keçiriləcək

Posted by

Bakıda TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiya və Komitələrinin iclası keçiriləcəkBakıda TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiya və Komitələrinin iclası keçiriləcək

Bakıda TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiya və Komitələrinin iclası keçiriləcək

Dekabrın 18-19-da Bakıda TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiya və Komitələrinin ənənəvi 5-ci iclası keçiriləcək.

 

APA-nın xəbərinə görə, tədbir UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılmasının 20 illik yubileyinə həsr olunur.

 

İclasın keçirilməsində məqsəd türkdilli ölkələrin UNESCO-da əməkdaşlıq imkanlarının araşdırılması, müxtəlif layihələrin həyata keçirilməsi, birgə nominasiyaların UNESCO-nun müvafiq siyahılarına daxil edilməsi kimi əhəmiyyətli məsələlərin müzakirəsi və ölkələr arasında əlaqələrin möhkəmləndirilməsidir.

 

Tədbir çərçivəsində mədəni və təbii irs, qeyri-maddi mədəni irs, təhsil və dünya yaddaşı proqramı üzrə dörd dəyirmi masanın keçirilməsi planlaşdırılır.

 

İclasda Azərbaycanın hökumət nümayəndələri, UNESCO və TÜRKSOY təşkilatlarının rəsmiləri, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, TÜRKPA, Beynəlxalq Türk Akademiyasının rəhbərləri, UNESCO üzrə Milli komissiya və komitələrin baş katib və nümayəndələri, mədəniyyət, elm, təhsil, informasiya və kommunikasiya texnologiyaları və UNESCO-nun fəaliyyət sahəsinə daxil olan digər istiqamətlər üzrə vəzifəli şəxslərin və mütəxəssislərin iştirakı nəzərdə tutulur.

 

 

Apa.az