Bakıda QDİƏT üzv Dövlətləri Gömrük İdarələri Rəhbərlərinin iclası keçirilir

Posted by

Bakıda QDİƏT üzv Dövlətləri Gömrük İdarələri Rəhbərlərinin iclası keçirilirBakıda QDİƏT üzv Dövlətləri Gömrük İdarələri Rəhbərlərinin iclası keçirilir

Bakıda QDİƏT üzv Dövlətləri Gömrük İdarələri Rəhbərlərinin iclası keçirilir

Bu gün Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv Dövlətləri Gömrük İdarələri Rəhbərlərinin iclası keçirilir. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Dövlət Gömrük Komitəsinin sədr müavini Rza Həsənəliyev, QDİƏT Daimi Beynəlxalq Katibliyinin Baş katibinin müavini Traian Chebeleu, Yunanıstaın Maliyyə Nazirliyinin Beynəlxalq İqtisadi Əaqələr İdarəsinin direktoru Odyssefs Pylalis və digərləri iştirak edib.

 

Tədbirin sonunda QDİƏT üzv dövlətlərin Gömrük İdarələri Rəhbərlərinin “Ticarətin asanlaşdırılmasında gömrük xidmətlərinin təşəbbüsləri” mövzusunda iclasının Bakı Bəyannaməsi qəbul ediləcək.

 

Qeyd edək ki, iclasdan öncə tədbir iştirakçıları Fəxri Xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək əklil və gül dəstləri qoyublar. Qonaqlar sonra oftolmoloq alim Zərifə xanım Əliyevanın da məzarını ziyarət ediblər. Tədbir iştirakçıları Şəhidlər Xiyabanına da gələrək Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrundan canlarını qurban vermiş şəhidlərimizin məzarını ziyarət edərək “Əbədi Məşəl” abidə kompleksinin önünə əklil qoyublar.

 

Sia/az