Bakıda MDB-yə üzv ölkələrin sərhəd qoşunları komandanlığı Şurasının 70-ci iclası öz işinə başlayıb

Posted by

Bakıda MDB-yə üzv ölkələrin sərhəd qoşunları komandanlığı Şurasının 70-ci iclası öz işinə başlayıb

Bakıda MDB-yə üzv ölkələrin sərhəd qoşunları komandanlığı Şurasının 70-ci iclası öz işinə başlayıb.
Trend-in məlumatına görə, iclasın gündəliyinə 7 məsələ daxil edilib. Bunlar 2014-cü ildə MDB ölkələrinin xarici sərhədlərinin, o cümlədən Mərkəzi Asiya regionu və Xəzər hövzəsində xarici sərhədlərin təhlükəsizliyinin təmin olunmasında sərhəd qurumlarının qarşılıqlı fəaliyyətinin prioritet istiqamətləri, MDB ölkələrinin xarici sərhədlərində böhran vəziyyətlərinin nizamlanması üçün sərhəd qoşunları və digər qurumların imkanlarından istifadə ilə bağlı MDB Dövlət Başçıları Şurasına təkliflər hazırlamaq, Tacikistan-Əfqanıstan sərhədində sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi üçün Düşənbəyə təcili yardımın göstərilməsi məsələləridir.
Bundan başqa iştirakçılar 2013-cü ildəki fəaliyyətlərini və Şuranın planlarının yerinə yetirilməsi vəziyyətini dəyərləndirəcəklər.