Bakıda MBD ölkələrinin dəmir yolu nəqliyyatı rəhbərlərinin səhiyyə sahəsində qarşılıqlı fəaliyyət üzrə Komissiyasının iclası keçirilir

Posted by

Bu gün Bakıda MBD ölkələrinin dəmir yolu nəqliyyatı rəhbərlərinin səhiyyə sahəsində qarşılıqlı fəaliyyət üzrə Komissiyasının 34-cü iclası başlayıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, iclasda Azərbaycan, Rusiya Federasiyası, Belarus, Ukrayna, Gürcüstan, Qasaxstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın dəmir yolu səhiyyə təşkilatlarının nümayəndələri iştirak edir.

Tədbiri giriş sözü ilə açan “Azərbaycan Dəmir Yolları” QSC sədrinin birinci müavini Əlirza Süleymanov iclasın işinə uğurlar arzulayıb.

“Rusiya Dəmir Yolları” ASC-nin vitse-prezidenti, komissiyanın rəhbəri Oleq Yuriyeviç Atkovun sədrliyi ilə keçən tədbirdə “Birlik üzvü olan ölkələrin dəmir yolu nəqliyyatı rəhbərlərinin dəmir yolu səhiyyə təşkilatlarına müalicəyə göndərilmə zamanı sanator-kurort müalicəsi xidmətlərinin göstərilməsi zamanı qarşılıqlı fəaliyyətləri barədə”, “Sanitar-texniki vəziyyətləri sanitar qaydalara cavab verməyən qatarların Birlik üzvü ölkələrin ərazisinə daxil olmasına qadağa qoyulma mexanizminin tətbiqi barədə”, “Beynəlxalq iştiraklı kütləvi tədbirlərə hazırlıq və tədbirlərin aparılma ərəfəsində dəmir yolu nəqliyyatı obyektlərində sanitar-epidemioloji əmin-amanlığın təmin edilməsinin əsas prinsipləri barədə”, “Azərbaycan Respublikasının dəmir yollarında qatarların hərəkət təhlükəsizliyinin tibbi təminatının və daşınmaların sanitar-epidemioloji təhlükəsizliyinin təşkili barədə” layihələr müzakirə olunacaq.

İclasın sonunda müvafiq protokol imzalanacaq.

Apa/az