Bakıda ilk Gənclər Evinin açılışı olacaq

Posted by

Bakıda ilk Gənclər Evinin açılışı olacaq

Bakıda ilk Gənclər Evinin açılışı olacaq

Bakıda ilk Gənclər Evinin açılışı olacaq

Bakıda ilk Gənclər Evinin açılışı olacaq.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın tədbirlər planına uyğun olaraq, Bakının Binəqədi, Xəzər, Qaradağ, Sabunçu, Suraxanı rayonlarında Gənclər Evinin tikintisi nəzərdə tutulub. Bakının Xəzər rayonda sabah açılışı gerçəkləşdiriləcək Gənclər Evi paytaxtda tikilməsi nəzərdə tutulan 5 Gənclər Evindən birincisidir.

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının tədbirlər planına uyğun olaraq, eyni zamanda, Gəncə, Mingəçevir, Naxçıvan, Sumqayıt, Şəki, Şirvan, Bərdə, Qazax, Quba və Şamaxıda Gənclər Evinin yaradılması nəzərdə tutulub. Ümumilikdə 2013-cü ilin sonuna qədər Gənclər evlərinin sayı 25-ə çatıb. Eyni zamanda, 2014-cü ildə daha 6 Gənclər Evinin açılışı nəzərdə tutulur.

Gənclər evlərinin əsas məqsədi gənclərin təşəbbüslərinin dəstəklənməsi və inkişaf etdirilməsi üçün şəraitin yaradılması, gənclərin özlərini bir şəxs kimi müəyyən etməsi və özünü reallaşdırılması, həmçinin müvafiq rayonun ərazisində dövlətin gənclər siyasətinin reallaşdırılmasında Gənclər və İdman idarələrinin fəaliyyətinə yardım göstərilməsidir.

 

Trend.az