Bakıda “Gənclərin məşğulluq və əmək münasibətləri sahəsində biliklərinin artırılması” layihəsi həyata keçirilib
“Gənclik Təşəbbüsləri” İctimai Birliyi ARGF-nin maliyyə dəstəyi ilə Bakıda “Gənclərin məşğulluq və əmək münasibətləri sahəsində biliklərinin artırılması” adlı layihəni reallaşdırıb.
İctimai Birlikdən Trend-ə verilən məlumata görə, layihə cərçivəsində keçirilən tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinin Baş məsləhətçisi Şöhrət Əliyev, nazirliyin Baş Məşğulluq İdarəsinin Baş məsləhətçisi Rəşad Əsgərli, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Əmək şəraiti normalarının işlənməsi İdarəsinin şöbə rəisləri Qasım Qasımov və Zaur Novruzov iştirak ediblər.
Təlimdə eyni zamanda 25-dən artıq gənc iştirak edib.
Təlim-seminarda gənclərin məşğulluq və əmək münasibətləri sahəsində biliklərinin artırılması istiqamətində maarifləndirici məlumatlar verilib, onların bu sahədə suallarının online cavablandırılması üçün yaradılmış “Gencler.az” saytının təqdimatı keçirilib.
Tədbirin sonunda məşğulluq və əmək münasibərləri sahəsində gəncləri maraqlandıran çoxsaylı suallar birbaşa cavablandırılıb.
Trend.az