Bakıda fövqəladə halların idarə olunmasına dair elmi-praktik konfrans keçirilib

Posted by

Bakıda fövqəladə halların idarə olunmasına dair elmi-praktik konfrans keçirilib Bakıda fövqəladə halların idarə olunmasına dair elmi-praktik konfrans keçirilib

Bakıda fövqəladə halların idarə olunmasına dair elmi-praktik konfrans keçirilib

“Fövqəladə hallar, onların inkişaf dinamikası və idarə olunmasının elmi-praktik aspektləri” mövzusunda elmi-praktik konfrans keçirilib.

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Trend-ə verilən xəbərə görə, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və FHN-in birgə təşkilatçılığı ilə 26 noyabr 2014-cü il tarixində AMEA-nın kiçik akt zalında “Fövqəladə hallar, onların inkişaf dinamikası və idarə olunmasının elmi-praktik aspektləri” mövzusunda elmi-praktik konfrans keçirilib.

 

Konfransın işində AMEA-nın prezidenti akademik Akif Əlizadə, fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağı-zadə, FHN və AMEA-nın əməkdaşları iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan A.Əlizadə qeyd edib ki, bu cür konfransların keçirilməsində məqsəd təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında mövcud elmi nailiyyətlərin tətbiqi, bu istiqamətdə elmi işlərin aparılmasına təkan verməkdir.

 

Tədbirdə “Heydər Əliyev və Azərbaycanda fövqəladə hallarla mübarizənin təşkili təcrübəsindən”, “Fövqəladə hallardan qorunma məqsədi ilə insan hüquqları kontekstində preventiv tədbirlər”, “Böyük Qafqazın şimal-qərb rayonlarında içməli artezian sularının müasir radioekoloji vəziyyəti”, “Azərbaycan Respublikası fövqəladə hallar atlasının və informasiya bazasının yaradılması”, “Yanğınsöndürmə üçün yeni reagent – “Naftapen”, “Gərginlik vəziyyətlərinin aşkar edilməsi və Azərbaycan Respublikasının ərazisi, Qafqazın və Xəzərin sərhədyanı sahələri üçün seysmik təhlükənin qiymətləndirilməsi”, “Azərbaycan ərazisində radon qazının səviyyəsinin tədqiqi və ona təsir edən faktorlar”, “Etibarlılıq nəzəriyyəsinin metodları ilə qəza risklərinin qiymətləndirilməsi”, “Azərbaycan Respublikasında fövqəladə hallarla mübarizənin ümumi vəziyyəti” və digər mövzularda çıxışlar edilib, müzakirələr aparılıb.

 

Sonda belə tədbirlərin keçirilməsinin ən mühüm elmi araşdırmalar barədə elmi ictimaiyyətə geniş məlumat verilməsində, onların nəticələrini fövqəladə hallar orqanlarının gündəlik fəaliyyəti nöqteyi-nəzərindən qiymətləndirilməsində vacibliyi qeyd olunub.

 

Trend.az