Bakıda “Etika Akademiyası” Fərdi İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

Posted by

Bakıda “Etika Akademiyası” Fərdi İnkişaf Mərkəzi fəaliyyətə başlayıbBakıda “Etika Akademiyası” Fərdi İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

Bakıda “Etika Akademiyası” Fərdi İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

Oktyabrın 10-da Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) “Etika Akademiyası” Fərdi İnkişaf Mərkəzinin açılışı olub.

AzərTAc xəbər verir ki, akademiyanın rəhbəri Günel İbrahim mərasimdə çıxış edərək mərkəzin ölkəmizdə etika istiqamətində fəaliyyət göstərən ilk məkan olduğunu diqqətə çatdırıb. O bildirib ki, akademiya peşəkar davranış qaydalarının öyrənilməsinin vahid bazasıdır. Burada iş dünyasında hazırlıq proqramları, etik davranışlar, iş yerində sınaq müddətinin uğurla başa vurulması, təsnifatların artırılması üzrə Böyük Britaniyanın Kommersiya Menecmentlik İnstitutunun bir neçə biznes proqramları tədris olunacaq. Akademiyaya təkcə gənclər deyil, istənilən yaşda hər bir şəxs müraciət edə bilər.

Ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətindən danışan G.İbrahim gələcəkdə akademiyanın həyata keçirəcəyi layihələr barədə məlumat verib.

Tədbirdə akademiyanın fəaliyyəti yüksək qiymətləndirilib, AGAT-ın həyata keçirdiyi uğurlu layihələr barədə məlumat verilib. Etik qaydaların öyrənilməsinə hər zaman ehtiyac duyulduğu vurğulanaraq “Etika Akademiyası”nın təşkili bu istiqamətdə uğurlu addım kimi qiymətləndirilib.

Sonda qonaqlar “Etika Akademiyası” Fərdi İnkişaf Mərkəzində yaradılan şəraitlə tanış olublar.

 

AzərTac.az