Bakıda Bələdiyyə sədrlərinin III ümumrespublika toplantısı işə başlamışdır

Posted by

Bakıda Bələdiyyə sədrlərinin III ümumrespublika toplantısı işə başlamışdır

Bakıda Bələdiyyə sədrlərinin III ümumrespublika toplantısı işə başlamışdır

Bakıda Bələdiyyə sədrlərinin III ümumrespublika toplantısı işə başlamışdır

Azərbaycan Şəhər, Qəsəbə, Kənd Bələdiyyələrinin Milli assosiasiyalarının təşkilatçılığı ilə iyunun 23-də “Kempinski Badamdar” otelində bələdiyyə sədrlərinin III ümumrespublika toplantısı işə başlamışdır.

AzərTAc xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Administrasiyanın məsul işçiləri, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri, respublikanın bütün bölgələrini təmsil edən 306 bələdiyyə sədri, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirlər.

Tədbiri Azərbaycan Respublikası Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Sumqayıt bələdiyyəsinin sədri Əbülfəz Babayev açaraq toplantının gündəliyinin əsas mövzusunun “Yerli əhəmiyyətli sosial məsələlərin həllində bələdiyyələrin fəaliyyətinin təşkili və qarşıda duran vəzifələr” olduğunu bildirmişdir.

Gündəlik və reqlament təsdiq olunduqdan sonra Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının icraçı katibi, milli assosiasiyaların əlaqələndiricisi Həzi Əkbərov hesabat məruzəsi ilə çıxış etmişdir.

Sonra Naxçıvan Muxtar Respublikası Şəhər Bələdiyyələri Assosiasiyasının və Naxçıvan bələdiyyəsinin sədri Nurələm İbrahimov, Yasamal bələdiyyəsinin sədri Zakir Cəfərov, ədliyyə naziri Fikrət Məmmədov, Milli Məclisin komitə sədri Arif Rəhimzadə, Abşeron rayonunun Xırdalan bələdiyyəsinin sədri Eldar Əhmədov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov, Quba rayon Birinci Nügədi kənd bələdiyyəsinin sədri Sadiq Ayməzov, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, Göygöl rayon Üçtəpə bələdiyyəsinin sədri Rza Məmmədov çıxış etmişlər.

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev toplantıda çıxış edərək mövcud nöqsanlardan, bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi üçün zəruri tədbirlərdən danışmışdır.

Çıxışlardan sonra toplantının qərar layihəsi səsə qoyularaq qəbul edilmişdir.

Fasilədən sonra toplantı işini Azərbaycan Kənd Bələdiyyələri Milli Assosiasiyasının sədri Əli Mehdiyevin sədrliyi ilə “Vergitutma obyektlərinin vahid elektron məlumat bazası” mövzusunda plenar iclasla davam etdirmişdir.

 

AzərTac/az