Bakıda Almaniyanın milli bayramı qeyd edilib

Posted by

Bakıda Almaniyanın milli bayramı qeyd edilibBakıda Almaniyanın milli bayramı qeyd edilib

Bakıda Almaniyanın milli bayramı qeyd edilib

Sentyabrın 30-da Almaniyanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı – Alman Birliyi günü münasibətilə rəsmi qəbul təşkil edib.

AzərTAc xəbər verir ki, Azərbaycanın və Almaniyanın dövlət himnləri səsləndirildikdən sonra səfir xanım Haydrun Tempel çıxış edərək ölkələrimiz arasında əlaqələrin inkişafından danışıb. Diplomat Almaniyanın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu xatırladıb, gələcəkdə ikitərəfli əməkdaşlığın müxtəlif sahələrdə daha da inkişaf edəcəyinə əminliyini bildirib.

Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev əlamətdar gün münasibətilə alman xalqını təbrik edib.

Nazir müavini Azərbaycan ilə Almaniya arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın inkişaf etdiyini diqqətə çatdırıb.

Azərbaycanda səfərdə olan Almaniya Bundestaqının üzvü Steffen–Klaudio Lemme çıxış edərək ölkələrimiz arasında münasibətlərin inkişafının məmnunluq doğurduğunu qeyd edib.

Rəsmi qəbulda Azərbaycanın dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, diplomatlar, ictimaiyyətin nümayəndələri, jurnalistlər iştirak ediblər.

 

AzərTac.az