Bakı yol polisi uşaqlara qəzalardan qorunmaq yollarını öyrədəcək

Posted by

Bakı yol polisi uşaqlara qəzalardan qorunmaq yollarını öyrədəcək

Bakı yol polisi uşaqlara qəzalardan qorunmaq yollarını öyrədəcək

Bakı yol polisi uşaqlara qəzalardan qorunmaq yollarını öyrədəcək

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi, 46 saylı məktəbdənkənar tərbiyə işi mərkəzi və “Nurgün Motors” şirkəti 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə “Gəlin, uşaqlarımızı yol qəzalarından qoruyaq!” şüarı altında birgə tədbir təşkil edəcək.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, tədbir iyunun 1-də saat 11:00-da Bakıdakı 46 saylı məktəbdənkənar tərbiyə işi mərkəzində keçiriləcək. Tədbirdə BŞDYPİ-nin nümayəndələri, şagirdlər, müəllimlər, valideyn komitələrinin nümayəndələri iştirak edəcəklər.

Mərkəzdə “Uşaqların yay tətilini təhlükəsiz başa vuraq”, “Yol hətəkəri qaydaları uşaqların gözündə”, “Sürət məsafəni yox, ömrü qısaldır”, “Keç yeraltı keçiddən, uzaq ol təhlükədən” və digər mövzular ətrafında çıxışlar olacaq, uşaqlar asfalt üzərində yol hərəkəti qaydalarına dair rəsmlər çəkəcəklər.

Bölmə rəisi bildirib ki, tədbirin sonunda uşaqların bilik və bacarığına qiymət veriləcək, seçilən şagirdlərə müxtəlif mükafatlar, hədiyyələr veriləcək: “Məqsəd azyaşlıların yol hərəkəti qaydaları ilə bağlı maariflənməsi, onların həyat və sağlamlığının qorunması, küçə və yollarda təhlükəsiz davranış vərdişlərinin aşılanmasıdır”.

 

Trend.az