Bakı metrosunun stansiyalarında vətəndaşlara xüsusi işıqqaytarıcılar paylanılıb

Posted by

Bu həftə ərzində Bakı Metropoliteninin “İçərişəhər”, “Sahil”, “28 May”, “Gənclik”, “Nəriman Nərimanov”, “Koroğlu” və “Qara Qarayev” stansiyalarında şəhər sakinlərinə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “İşıqlı həyat” layihəsi çərçivəsində xüsusi işıqqaytarıcılar paylanılıb.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqından AzərTAc-a bildiriblər ki, “Qaranlıqda görün” şüarı altında keçirilən layihənin əsas məqsədi ölkə əhalisinin, xüsusən yeniyetmə və gənclərin gecə saatlarında təhlükəsizliyini təmin etmək, ölkəmizdə yol-nəqliyyat hadisələri zamanı baş verə biləcək ölüm hallarının qarşısının alınmasına töhfə verməkdir.

Paylanılan işıqqaytarıcılar ölkəmizin zəngin tarix və mədəniyyətini, o cümlədən Qobustan qaya rəsmlərini, üçrəngli dövlət bayrağımızı və s. əks etdirir.

AzərTac.az