Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin işçilərinin sayı, ştat cədvəli və xərcləri bəlli oldu

Posted by

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin işçilərinin sayı, ştat cədvəli və xərcləri bəlli olduBakı Beynəlxalq Multikulturalizm Mərkəzinin işçilərinin sayı, ştat cədvəli və xərcləri bəlli oldu

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin işçilərinin sayı, ştat cədvəli və xərcləri bəlli oldu

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin işçilərinin say həddi, xərclər smetası, ştat cədvəli və işçilərin maaş sxemi təsdiq edilib.

 

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bununla bağlı hökumət qərar qəbul edib. Qərara əsasən, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin işçilərinin say həddi 20 ştat vahidi müəyyən edilib. Bundan əlavə, Mərkəzin ştat cədvəli və xərclər smetası da təsdiq edilib.

 

Ştat cədvəlinə görə, Mərkəzdə 1 icraçı direktor, 1 müşavir, 3 şöbə müdiri, 1 baş mühasib, 3 baş məsləhətçi, 3 aparıcı məsləhətçi, 5 məsləhətçi, 1 hüquqşünas, 1 informasiya texnologiyaları üzrə mütəxəssis, 1 sürücü çalışacaq.

 

Qərara əsasən, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin cari ildə saxlanılması üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə 250 min manat məbləğində vəsait ayrılacaq.

 

Xərclər smetasında göstərilir ki, həmin məbləğin 24 735 manatı ştatda olan işçilərin əməkhaqqına, 3600 manatı ştatdankənar işçilərin əməkhaqqına sərf ediləcək. Əməyin ödənişi ilə bağlı sair pul ödənişləri üçün 8245 manat, Dövlət Sosial Müdafiə Fonduna ayırmalar üçün 8047 manat, bank xərcləri üçün 800 manat, sair xərclər isə üçün 204 573 manat ayrılması nəzərdə tutulub.

 

Qəbul edilən digər qərarla isə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin işçilərinin aylıq vəzifə maaşlarının sxemi təsdiq edilib. Sxemə əsasən, Mərkəzin icraçı direktorunun maaşı 1400 manat, müşavirin maaşı 1000, şöbə müdirlərinin maaşı 870, baş mühasibin maaşı 700, baş məsləhətçilərin maaşı 580, aparıcı məsləhətçilərin maaşı 530, məsləhətçilərin maaşı 500, hüquqşünasın maaşı 500, informasiya texnologiyaları üzrə mütəxəssisin maaşı 500, sürücünün maaşı 185 manat təşkil edəcək.

 

Trend.az