Bakı Ali Neft Məktəbində “Bakı Qış Neft Məktəbi” layihəsinin açılışı keçirilib

Posted by

Bakı Ali Neft Məktəbində “Bakı Qış Neft Məktəbi” layihəsinin açılışı keçirilib

 

Bakı Ali Neft Məktəbində “Bakı Qış Neft Məktəbi” layihəsinin açılışı keçirilib

Bakı Ali Neft Məktəbində “Bakı Qış Neft Məktəbi” layihəsinin açılışı keçirilib

 

Bu gün Bakı Ali Neft Məktəbində (BANM) Alman Akademik Mübadilə Xidməti (DAAD) tərəfindən təşkil edilən “Bakı Qış Neft Məktəbi” layihəsinin açılışı keçirilib.

 

APA-nın xəbərinə görə, tədbirdə BANM-nin rektoru Elmar Qasımov proqram çərçivəsində almaniyalı tələbələr Azərbaycanda neft sənayesi ilə bağlı təcrübə keçəcəklər.

 

Onun sözlərinə görə, layihənin məqsədi bilik və təcrübələrin inkişaf etdirilməsi, qədim tarixə, Avropanın və regionun enerji təhlükəsizliyi həllində önəmli rol oynayan, artıq dünyanın enerji siyasətinin tərkib hissələrindən biri olan Azərbaycanla tanışlıqdır: “Proqram 2 hissədən ibarət olacaq. İlk öncə elmi-tədris hissədə müəllimlər tərəfindən müvafiq mövzular barədə tələbələrə ətraflı məlumatlar verəcək. Sonra tələblərin praktik təcrübə zonalarına səfərləri nəzərdə tutulur. İkinci hissədə isə tələbələrin Azərbaycanı tanıtımı olacaq. Bu zaman onların bir çox muzeylərlə yanaşı, Azərbaycanın dilbər guşələri olan Quba və Şəkiyə də səfərləri təşkil olunacaq”.

 

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Xaliq Məmmədov Azərbaycanın neft tarixi barədə məlumat verib. O bildirib ki, dünyada sənaye üsulu ilə ilk dəfə neft Azərbaycanda hasil olub və ilk dəfə dənizdə neft burada çıxarılıb: “Tələbə mübadiləsi həm lmaniyalı tələblərin Azərbaycan barədə ətraflı məlumat laması, həm də Bakı Ali Neft Məktəbinin digər ölkələrin tələbələri ilə qarşılıqlı əlaqələrinin yaranması üçün əlavə imkanlar yaradır”.

 

Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fariz Rzayev bildirib ki, Bakı Ali Neft Məktəbi bütün məsələlərə sistematik yanaşır. Onun sözlərinə görə, bu yeni yanaşma köhnə üsullara yox, yeni kreativ üsullara əsaslanır: “Artıq Azərbaycanın təhsil ocağı öz tələblərini müəllimlərini xaricə göndərməklə məhdudlaşdırmır, o cümlədən Almaniyadan tələbə, mütəxəssisləri Azərbaycana gətirərək birgə layihə həyata keçirir. Bunun da gələcək üçün əhəmiyyəti çox önəmlidir”.

 

Apa.az