Bakı Ali Neft Məktəbində alman mühəndislərə sertifikatlar təqdim edilib

Posted by

Bakı Ali Neft Məktəbində alman mühəndislərə sertifikatlar təqdim edilib

Bakı Ali Neft Məktəbində alman mühəndislərə sertifikatlar təqdim edilib

Bakı Ali Neft Məktəbində alman mühəndislərə sertifikatlar təqdim edilib

Bakı Ali Neft Məktəbinin təklif etdiyi layihə “Şərqə Doğru” Proqramı çərçivəsində Alman Akademik Mübadilə Xidməti tərəfindən maliyyələşdirilmək üçün seçilmişdir.

BANM-dən Trend-ə verilən məlumata görə, Alman Akademik Mübadilə Xidmətinin “Şərqə Doğru” Proqramının dəstəyi ilə Bakı Ali Neft Məktəbi tərəfindən təşkil edilən “Bakı Qış Neft Məktəbi”ndə Almaniyanın müxtəlif nüfuzlu universitetlərində təhsil alan 12 bakalavr, magistr və doktorant tələbələrlə yanaşı, 4 azərbaycanlı tələbə də iştirak etmişdir. Bakı Qış Neft Məktəbi Mart 03-15, 2014 tarixlərində Bakı Ali Neft Məktəbində keçirilmişdir.

Layihə çərçivəsində tələbələr Azərbaycanın Enerji Siyasəti, Qlobal Neft Sənayesi, Neft və qaz quyularının qazılmasında tətbiq olunan yeniliklər və Bərpaolunan enerji mənbələri mövzularında kurslar keçmişlər. Layihə müddətində tələbələr akademik biliklərə yiyələnməklə bərabər Azərbaycanı daha yaxından tanımaq üçün əsrarəngiz təbiəti olan Şəki və Quba regionuna səyahət etmiş, eyni zamanda Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Xalçası, Xalq Tətbiqi Sənəti Muzeyi və Atəşgah məbədi ilə tanış olmuşlar.

Həmçinin layihənin ilk günlərində Mart soyqırım qurbanlarını yad etmək üçün “Quba Soyqırımı Memorial Kompleksi”ni ziyarət etmişlər.

Tələbələr Azərbaycanın neft tarixinə daha yaxından bələd olmaq üçün proqram çərçivəsində Səngəçal Neft Terminalı, palçıq vulkanları, SOCAR Eko parkı və Qobustan təlim və tədris mərkəzi kimi əhəmiyyətli yerlərlə tanış olmuşlar.

Mart ayının 14-də Bakı Ali Neft Məktəbində keçirilən tədbirdə proqramı uğurla tamamlamış iştirakçılar Bakı Ali Neft Məktəbinin sertifikatları ilə mükafatlandırılmışdırlar. Tədbirin qonaqları Almaniya Federativ Republikasının Azərbaycan Respublikasındakı səfirinin köməkçisi Vofqanq Mössinger, DAAD Məlumat Mərkəzinin direktoru Nikola Uliş olmuşdur.

 

Trend.az