Baş prokuror vətəndaşları qəbul edəcək

Posted by

Baş prokuror vətəndaşları qəbul edəcəkBaş prokuror vətəndaşları qəbul edəcək

Baş prokuror vətəndaşları qəbul edəcək

Baş Prokuror Zakir Qaralov Salyanda vətəndaşları qəbul edəcək. Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbul noyabrın 14-də saat 11:00-da Salyan rayon prokurorluğunun inzibati binasında olacaq. Qəbulda Şirvan şəhəri, Salyan, Hacıqabul, Sabirabad və Saatlı rayonlarında yaşayan vətəndaşlar iştirak edə bilərlər.

 

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Salyan şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

 

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin-437-28-79-nömrəli telefonu-və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

 

Apa/az