Baş prokuror Tərtərdə vətəndaşları qəbul edəcək

Posted by

Baş prokuror Tərtərdə vətəndaşları qəbul edəcəkBaş prokuror Tərtərdə vətəndaşları qəbul edəcək

Baş prokuror Tərtərdə vətəndaşları qəbul edəcək

Baş prokuror Zakir Qaralov Tərtərdə vətəndaşları qəbul edəcək.

 

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oktyabrın 31-də saat 11:00-da Tərtər rayon prokurorluğunun inzibati binasında keçiriləcək qəbulda Tərtər, Ağdam, Ağcabədi, Beyləqan, İmişli, Füzuli və Laçın rayonlarında yaşayan vətəndaşlar iştirak edə bilərlər.

 

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Tərtər şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

 

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin-437-28-79-nömrəli telefonu-və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

 

Apa.az