Azərbaycanın və Çinin Ali məhkəmələri əməkdaşlığı genişləndirməyə hazırdır

Posted by

Azərbaycanın və Çinin Ali məhkəmələri əməkdaşlığı genişləndirməyə hazırdır

Azərbaycanın və Çinin Ali məhkəmələri əməkdaşlığı genişləndirməyə hazırdır

 

 

Azərbaycanın və Çinin Ali məhkəmələri əməkdaşlığı genişləndirməyə hazırdır

Çin Xalq Ali Məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsi ilə əməkdaşlığa dair anlaşma memorandumunu imzalanmağa hazırdır.

 

Bunu Çin Xalq Ali Məhkəməsinin sədri Cou Çian Azərbaycanın Pekindəki səfiri Lətif Qəndilov ilə görüşdə deyib.

 

Səfir L.Qəndilov ölkələrimizin Baş prokurorluqları və Ədliyyə nazirlikləri arasında artıq səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu qeyd edib. O, Ali məhkəmələr arasında da belə əməkdaşlığın yaradılmasının zəruriliyini bildirib. Diplomat ədliyyə-hüquq sahəsində ikitərəfli müqavilə-hüquq bazasının genişləndirildiyini, ölkələrimizin Ədliyyə nazirlikləri, Baş prokurorluqları arasında anlaşma memorandumlarının imzalandığını diqqətə çatdırıb. Bundan başqa, razılaşdırılmış “Cəza çəkən şəxslərin verilməsi haqqında” müqavilə layihəsinin yaxın zamanlarda imzalanması planlaşdırılır.

 

Azərbaycan səfiri bu cür anlaşmanın iki ölkənin Ali məhkəmələri arasında da imzalanmasını təklif edib.

 

Çində bütün məhkəmə orqanlarının fəaliyyətinə nəzarəti həyata keçirən və məhkəmə işləri üzrə ali instansiya hesab olunan Xalq Ali Məhkəməsinin sədri Cou Çian ölkələrimizin məhkəmə orqanları arasında yaxşı əlaqələrin olduğunu bildirib. O, məhkəmələr arasında əməkdaşlığın inkişafında maraqlı olduğunu nəzərə çatdırıb.

 

AzərTac.az