Azərbaycanın təklifi ilə “ATƏT regionunda mədəni mülkiyyətin müdafiəsi” barədə qətnamə layihəsi qəbul olunub

Posted by

Azərbaycanın təklifi ilə "ATƏT regionunda mədəni mülkiyyətin müdafiəsi" barədə qətnamə layihəsi qəbul olunubAzərbaycanın təklifi ilə “ATƏT regionunda mədəni mülkiyyətin müdafiəsi” barədə qətnamə layihəsi qəbul olunub

Azərbaycanın təklifi ilə "ATƏT regionunda mədəni mülkiyyətin müdafiəsi" barədə qətnamə layihəsi qəbul olunub

ATƏT Parlament Assambleyasının (PA) Bakıda keçirilən 23-cü yay sessiyası çərçivəsində Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü, təşkilatın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini Azay Quliyev tərəfindən təqdim olunan “ATƏT regionunda mədəni mülkiyyətin müdafiəsi” barədə qətnamə layihəsi Demokratiya, insan haqları və humanitar məsələlər komitəsinin iclasında müzakirə çıxarılıb.

Trend-in məlumatına görə, qətnamə layihəsində ATƏT regionunda mədəni mülkiyyətin qorunması ilə bağıl yeni mexnizmin yaradılması nəzərdə tutulur.

Qətnamə layihəsində eyni zamanda ATƏT regionunda mədəni mülkiyyətin qorunması üçün tədbirlərin gücləndirilməsi qeyd olunur.

Ermənistan nümayəndə heyətinin rəhbəri Artaşes Geqamyan isə qətnaməyə etiraz edərək onun BMT-nin mədəni mülkiyyətlə bağlı sənədlərinə əsaslandırılmasını vacib sayıb. Lakin səsveermə nəticəsiində A.Geqamyanın təklif etdiyi düzəliş qəbul olunmayıb.

Növbəti dəfə çıxış edən A.Geqamyan qətnamə layihəsinin Birinci Beynəlxalq Pakta (insanlar azad iqtisadi, sosial və mədəni inkişaflarını təmin edirlər) əsaslanması barədə ikinci düzəliş təklif edib. Lakin A.Genqamyanın düzəlişi yenə qəbul edilməyib.

Daha sonra A.Geqamyan üçüncü düzəlişi təklif edib. Bu düzəlişdə mədəni mülkiyyətin məhv edilməsinin bəşəriyyət üçün mənfi nəticələri olduğu qeyd edilib. Düzəliş səsverməyə çıxarılaraq qəbul edilib.

Daha sonra müzakirələrdən sonra qətnamə layihəsi səsə qoyularaq qəbul edilib.

 

Trend.az