Azərbaycanın İtaliyadakı səfirliyinin Ermənistan helikopterinin vurulması ilə bağlı bəyanatı yerli KİV-lərdə yayılıb

Posted by

Azərbaycanın İtaliyadakı səfirliyinin Ermənistan helikopterinin vurulması ilə bağlı bəyanatı yerli KİV-lərdə yayılıbAzərbaycanın İtaliyadakı səfirliyinin Ermənistan helikopterinin vurulması ilə bağlı bəyanatı yerli KİV-lərdə yayılıb

Azərbaycanın İtaliyadakı səfirliyinin Ermənistan helikopterinin vurulması ilə bağlı bəyanatı yerli KİV-lərdə yayılıb

Azərbaycanın İtaliyadakı səfirliyinin Ermənistana məxsus hərbi helikopterin Silahlı Qüvvələrimiz tərəfindən vurulması ilə bağlı bəyanatı yerli KİV-lərdə yayılıb.

 

APA-nın məlumatına görə, səfirliyin bəyanatında bildirilir ki, işğal olunmuş Ağdam rayonunda cari il noyabrın 12-də Azərbaycanın hava məkanını pozaraq hücuma cəhd edən zaman Ermənistan silahlı qüvvələrinə məxsus helikopter məhv edilib. Ermənistan rəsmi Bakının icazəsi olmadan Azərbaycanın hava məkanında uçuşlar həyata keçirməklə beynəlxalq hüququn prinsiplərinə hörmətlə yanaşmır. Bu addım Azərbaycanın suverenliyinin pozulması halı kimi qəbul olunur.

 

Bəyanatda diqqətə çatdırılır ki, noyabrın 12-də baş vermiş bu hadisə bir daha göstərir ki, regionda sülh və təhlükəsizlik yalnız ermənilərin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması və Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə həllini tapa bilər.

 

Bəyanatda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, səbəbləri, problemin həlli ilə bağlı danışıqlar prosesi barədə məlumat verilir. Bildirilir ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. 1994-cü ildə tərəflər arasında atəşkəs əldə edilsə də, son aylarda Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində tez-tez gərginlik müşahidə olunmaqdadır. Münaqişə nəticəsində on minlərlə azərbaycanlının həyatına son qoyulub, bir milyondan çox insan məcburi köçkün və qaçqın vəziyyətinə düşüb. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasını nəzərdə tutan 4 qətnamə qəbul etməsinə, ATƏT-in Minsk qrupunun və digər beynəlxalq təşkilatların səylərinə baxmayaraq, münaqişə hələ də həllini tapmayıb.

 

Apa.az