Azərbaycanın üç rayonunda Tibbi-Sosial Ekspert Komissiyalarının yeni binaları istifadəyə verildi

Posted by

Azərbaycanın üç rayonunda Tibbi-Sosial Ekspert Komissiyalarının yeni binaları istifadəyə verildiAzərbaycanın üç rayonunda Tibbi-Sosial Ekspert Komissiyalarının yeni binaları istifadəyə verildi

Azərbaycanın üç rayonunda Tibbi-Sosial Ekspert Komissiyalarının yeni binaları istifadəyə verildi

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən bölgələrdə əhaliyə tibbi-sosial ekspertiza xidmətinin maddi-texniki bazasının yaxşılaşdırılması və əlilik müayinələrinin müasir tələblərə uyğun şəraitdə aparılmasının təmin olunması istiqamətində işlər davam etdirilir. Nazirlik dekabrın 5-də Göyçay, Ağsu və Kürdəmir rayonları üzrə 20 saylı, Yevlax rayonu və Mingəçevir şəhəri üzrə 23 saylı, Şəki rayonu üzrə 17 saylı Tibbi-Sosial Ekspert Komissiyalarını (TSEK) müasir tələblərə uyğun iş şəraiti ilə təmin edib.

 

Nazirlikdən Trend-ə verilən məlumata görə, bu məqsədlə keçirilən tədbirlərdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov hazırda nazirliyin 38 regional TSEK-inin fəaliyyət göstərdiyini və nazirliyin digər yerli struktur bölmələri kimi, onların da iş şəraitinin müasir tələblərə uyğun qurulması sahəsində son aylarda müvafiq işlərin aparıldığını qeyd edib. O bildirib ki, bu günkü TSEK-lər də daxil olmaqla artıq 10 bölgə üzrə TSEK müasir iş şəraiti ilə təmin edilib və TSEK-lərin hamısında belə şəraitin yaradılması, həmçinin onların müasir müayinə cihazları ilə təchiz olunması üçün işlər davam etdirilir. Əsas məqsəd odur ki, vətəndaşlar bu komissiyalara müraciət edərkən normal iş şəraitində qəbul olunsunlar və keyfiyyətli xidmətlə təmin edilsinlər. TSEK-lər və ƏƏSMN-nin eyni region üzrə digər yerli qurumların bir binalarda yerləşdirilməsi vətəndaşlara sosial müdafiə, məşğulluğun və əmək hüquqlarının təminatı, tibbi-sosial ekspertiza üzrə əlaqəli iş şəraitində eyni məkandan xidmətlər göstərilməsinə imkan yaradır.

 

Qeyd olunub ki, son vaxtlarda tibbi-sosial ekspertiza sahəsində şəffaflığın təmin olunması və bu sahəyə nəzarətin gücləndirilməsi məqsədilə görülən işlər bu ilin ötən dövründə əlilliyi olan şəxslər arasında tam və hissəvi reabilitasiya göstəricilərinin yüksəlməsinə səbəb olub. Habelə bu sahə ilə bağlı şikayət xarakterli müraciətlərin sayı kəskin şəkildə azalaraq minimuma enib. Hazırda əlillik təyinatının avtomatlaşdırılması işləri də uğurla aparılır. Yeni yaradılan Tibbi-Sosial Ekspertiza və Əlillərin Reabilitasiyası İnformasiya Sistemi, həmçinin əlillik müayinələrinin nəticələri ilə bağlı elektron məlumat bazası əlillik təyinatı barədə aidiyyəti qurumlar arasında elektron məlumat mübadiləsinə, eləcə də vətəndaşların öz əlilik müayinələrinin nəticələrinə dair elektron arayışlar əldə edə bilmələrinə yönəlib.

Tədbirlər zamanı TSEK-lər üçün yaradılmış yeni iş şəraitləri, müayinə avadanlıqları nəzərdən keçirilib, vətəndaşlara göstərilən tibbi-sosial ekspertiza xidmətinə baxış olub. Komissiyaların kollektivlərinə əhaliyə xidmətin yüksək səviyyədə və şəffaflıq prinsipləri əsasında təşkili, müraciət edən hər bir vətəndaşa diqqət və qayğı ilə yanaşılması, əlilliyi olan şəxslərin reabilitasiyası işinin gücləndirilməsi məqsədilə bərpa mərkəzləri ilə əlaqəli fəaliyyətin daha səmərəli qurulması və s. barədə tapşırıqlar verilib.

 

Trend.az