Azərbaycanın Qarsdakı baş konsulluğu 28 May-Respublika Günü ilə bağlı mətbuat açıqlaması yaymışdır

Posted by

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Ankaradakı səfirliyi, İstanbuldakı və Qarsdakı baş konsulluqları mayın 13-də Türkiyənin Manisa vilayətinin Soma rayonundakı kömür mədənində çoxsaylı insan tələfatı ilə nəticələnən qəza ilə əlaqədar 28 May-Respublika Günü münasibətilə keçirilməsi nəzərdə tutulan bayram tədbirlərini ləğv etmişdir.

Azərbaycanın Qarsdakı baş konsulluğunun 28 May – Respublika Günü ilə bağlı yaydığı mətbuat açıqlamasında müsəlman Şərqində yaradılan ilk demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) tarixi, keçdiyi inkişaf yolu, süqutunun səbəbləri və s. məqamlardan bəhs olunur.

Açıqlamada bildirilir ki, sovet işğalı nəticəsində süqut edən AXC Azərbaycanın dövlətçilik tarixində şərəfli bir iz, Azərbaycan xalqının yaddaşında əbədi xoş xatirələr qoymuşdur.

Bildirilir ki, XX əsrin sonunda keçmiş SSRİ ərazisində baş verən ictimai-siyasi proseslər Azərbaycanın dövlət müstəqilliyinin bərpası üçün yeni bir tarixi imkan yaratmışdır. Ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda müasir dövlətçilik ənənələri formalaşdırılmış, ötən dövrdə uzun inkişaf yolu qət edilmişdir. Prezident İlham Əliyev tərəfindən əzmlə davam etdirilən siyasi kurs Azərbaycan üçün kompleks inkişaf hədəfləri müəyyən etmişdir.

Açıqlamada, həmçinin son illər Azərbaycanın həyata keçirdiyi nəhəng iqtisadi layihələrin beynəlxalq əhəmiyyəti, Azərbaycan-Türkiyə münasibətlərindəki qardaşlıq əlamətlərinin göstəriciləri kimi mühüm məqamlardan bəhs olunmuşdur.

AzərTac.az