Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib

Posted by

Noyabrın 11-də Moskvada MDB Müdafiə Nazirləri Şurasının 67-ci iclası keçirilib. İclasda Azərbaycanı müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib. MDB ölkələrinin nazirləri 2014-cü ildə Birlik çərçivəsində görülən işlərə yekun vurub, 2015-ci il üçün birgə fəaliyyət planını müzakirə ediblər. İclasda 2015-ci ildə Böyük Vətən müharibəsində qələbənin 70 illiyinin qeyd edilməsi ilə bağlı məsələlər də nəzərdən keçirilib. Görüşdə, həmçinin 2020-ci ilə qədər hərbi əməkdaşlıq konsepsiyasının layihəsi, informasiya mübadiləsi, birgə təlimlər, radiasiya, kimyəvi və bioloji durumun qiymətləndirilməsi ilə bağlı metodik rəylər mövzularına toxunulub. Sonda MDB Müdafiə Nazirləri Şurasının 67-ci iclasının yekununa dair Birgə Bəyannamə imzalanıb.

AzərTac.az