Azərbaycanın liderliyi ilə icra ediləcək nəhəng enerji layihələri Avropanın ən böyük enerji və infrastruktur layihələridir

Posted by

Bu gün Azərbaycan enerji təhlükəsizliyi baxımından qitə üçün əvəzolunmaz tərəfdaşa çevrilibdir. Keçən ilin dekabr ayında XXI əsrin kontraktı imzalanmışdır. Azərbaycan əsas iqtisadi yükü və əsas məsuliyyəti öz üzərinə götürüb. Biz bu məsuliyyətə hazırıq. Bu məsuliyyəti dərk edirik və biz liderlik göstərərək bu layihələri, böyük layihələri icra edə bilərik.

AzərTAc xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfransda bildirmişdir.

Azərbaycanın liderliyi ilə icra ediləcək nəhəng enerji layihələrinin Avropanın ən böyük enerji və infrastruktur layihələri olduğunu vurğulayan dövlətimizin başçısı demişdir: Liderlik yenə də Azərbaycanın əlindədir. Biz inamla irəliləyirik. Qarşıda duran bütün vəzifələri icra edirik. Ölkəmizin hərtərəfli inkişafı üçün çalışırıq. İki proqramın icrası nəticəsində bölgələrdə yaşanan bu inkişaf və tərəqqi bizi daha da gücləndirir.

AzərTac.az