Azərbaycanın gələnilki büdcə xərclərinin 8,1 faizi təhsilə sərf ediləcək

Posted by

Azərbaycanın gələnilki büdcə xərclərinin 8,1 faizi təhsilə sərf ediləcəkAzərbaycanın gələnilki büdcə xərclərinin 8,1 faizi təhsilə sərf ediləcək

Azərbaycanın gələnilki büdcə xərclərinin 8,1 faizi təhsilə sərf ediləcək

Azərbaycanda gələn il dövlət büdcəsi xərclərinin 8,1 faizi təhsil sahəsinə yönəldiləcək.

Maliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, 2015-ci ilin dövlət və icmal büdcələrinin layihəsinə görə, növbəti ildə təhsil xərcləri üçün 1711,2 milyon manat vəsait ayrılacaq. Bu, 2014-cü illə müqayisədə 3,5 faiz, 2013-cü illə müqayisədə 19 faiz çoxdur.

Təhsil xərcləri üçün ayrılmış vəsaitin 52,5 faizi ümumi təhsil, 30,7 faizi təhsil sahısində digər müəssisə və tədbirlərin, 9,7 faizi məktəbəqədər təhsil, 2,3 faizi ali təhsil, 2,6 faizi orta ixtisas təhsili, 2 faizi ilk peşə ixtisas təhsili, 0,2 faiiz əlavə təhsilin maliyyələşdirilməsinə yönələcək.

Gələn il təhsil xərcləri üçün ayrılan vəsaitin 313,9 milyon manatı bır sıra dövlət proqramlarının və tədbirlərinin maliyyələşdirilməsinə sərf ediləcək.

 

Trend.az