Azərbaycanın fövqəladə hallar naziri Gürcüstanın daxili işlər naziri ilə görüşüb

Posted by

Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Gürcüstanın daxili işlər naziri Aleksandr Çikaidzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Şimal Qərb Regional Mərkəzində keçirilən görüşdə nazir qonağa ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verib.

Öz növbəsində, Gürcüstanın daxili işlər naziri bildirib ki, Azərbaycanla Gürcüstanın müvafiq qurumları arasında əməkdaşlığın daha da dərinləşməsi və inkişaf etdirilməsi böyük əhəmiyyətə malikdir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Apa.az